ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 10-06-2023, 08:22

Azərbaycanın üç veteran cüdoçusu Avropa çempionu olub

Azərbaycanın üç veteran cüdoçusu Avropa çempionu olub
Azərbaycan veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıblar.

Federasiyadan Loading.Az-a verilən məlumata görə, ikinci yarış günündə M3 və M4 yaş kateqoriyası üzrə 15 idmançı mübarizə aparıb.

M3 yaş kateqoriyasında Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

M3 yaş kateqoriyası üzrə Ceyhun Hüseynov (81 kq) və Ramil Muradov (100 kq), M4 yaş kateqoriyası üzrə isə Mahir Ağamirzəyev (90 kq) və Emil Hüseynov (100 kq) 5-ci yeri tutublar.


Azerbaycan

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 343 302 394 414 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.