Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Kosmetologiya 11-06-2023, 19:00

5 dəqiqəyə cazibədar görünməyin yolları

5 dəqiqəyə cazibədar görünməyin yolları
Sun.Az xəbər saytı
İri dodaqlar
Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin. Dodaqların şişkin görünməsinin ən asan yolu: alt dodağınızın ortasına açıq rəngli, parıltılı dodaq boyası çəkin. Həmin boyanı üst dodağın kənarlarına da çəkib, dodaq qələmi olmadan irihəcmli dodaqlara sahib ola bilərsiniz
İri gözlər
Gözləri böyütmək göz kölgələrinin əlindədir. Gözlərin ətrafını metallik tonlarda göz kölgələri ilə bəzəyib, hamının diqqətini onlara yönəldə bilərsiniz.
Uzaq gözlər
Gözləriniz bir-birindən uzaq yerləşibsə, qara qələmlə gözün başlanğıcını korrektə edin.
Burunun kiçildilməsi
İstifadə etdiyiniz kirşandan burnunuzun yan tərəflərinə balaca fırça ilə vurun. Beləcə burnunuzun olduğundan daha kiçik görünməsinə nail olacaqsınız.
Dodaq boyası
Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək. Pomadanı fırça ilə dodağınıza çəkin. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin. İşıltılı görünüm üçün dodaqlarınızın tam ortasına rəngsiz bir parladıcı toxundurun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 360 258 216 271 258

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.