HASANLY

HASANLY özünü 🙁 darıxan hiss edir. Şeirlər 12-06-2023, 23:12

BƏXTİYAR VAHABZADƏ - YAMAN DARIXMIŞAM

BƏXTİYAR VAHABZADƏ - YAMAN DARIXMIŞAM

BƏXTİYAR VAHABZADƏ - YAMAN DARIXMIŞAM

Yaman darıxmışam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandır asan,
Sevgini gizlətmək mahalmış, demə
***
Haraylar yüksəlir könüldən yenə
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim...Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı...
***
Elə bil hər yerdən üzülüb əlim..
Mən azıb qalmışam qəm dərəsində.
Dirilib yaşanır sənli günlərim.
Sənsiz günlərimin xatirəsində.
***
Yaman darıxmışam...
Bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
***
Yaman darıxmışam...
Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.
***
Yuxuma gəlmişdin...
Qısıldıq küncə.
Danışdıq...
Yel əsdi...
Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,
Səni görüncə
Sənin işığında yox oldu kölgəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1414 1393 1231 1308 1208 1320

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.