ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 17-06-2023, 10:35

Taksilərlə bağlı qaydalar nə vaxtdan qüvvəyə minir? - RƏSMİ

Taksilərlə bağlı qaydalar nə vaxtdan qüvvəyə minir? - RƏSMİ
Xəbər verdiyimiz kimi, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qaydalar hazırlanır. Bu qaydaların nə vaxtdan qüvvəyə minməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Sun.Az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, hazırda proses müzakirə mərhələsindədir. Qanun qüvvəyə mindikdən sonra isə dəqiq tarix bəlli olacaq:

"Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan bütün addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hesablanıb.

Qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Hazırda layihə üzərində müzakirələr aparılır. Qanun qəbul edildikdə qüvvəyə minmə tarixi göstəriləcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
321 284 315 277 322 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.