Bundan sonra "VAZ"ları məhkumlar istehsal edəcək
“AvtoVAZ” məhkumları istehsalata cəlb etmək istəyir.
Loading.aZ Rusiya mediasına istinadla bildirir ki, bu barədə şirkətin prezidenti Maksim Sokolovun bəyanatında qeyd olunub.
Sokolov qeyd edib ki, ümumilikdə 100-200 məhbus cəlb oluna bilər. Onun sözlərinə görə, bu, işçi qüvvəsinin çatışmazlığı ilə əlaqədardır və şirkətə istehsal həcmini artırmaq üçün əlavə 4000 nəfər lazımdır.
“AvtoVAZ” Togliatti, İjevsk və Sankt-Peterburqda istehsal sahələrinə sahibdir. Ötən il mayın ortalarında Fransanın “Renault” şirkəti “AvtoVAZ”dakı 67.69 faiz payını Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçirib. Ötən il “AvtoVAZ” 188 mindən çox avtomobil satıb.