ice berg

ice berg Xəbərlər 18-06-2023, 19:00

İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir - FOTO

İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir - FOTO
İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik "The Jerusalem Post" qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.

Məqalədə qeyd olunub ki, mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalça Hersoqun öz şəxsi otağını bəzəyir.

Məqalədə deyilir: "Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Hersoqa dərin təşəkkürünü bildirib, şərəf və ehtiram əlaməti olaraq ona gözəl toxunmuş xalça hədiyyə edib. İsrail Azərbaycanla bir neçə ildir müxtəlif səviyyələrdə sıx əlaqələrə malikdir. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşən zaman xalçaya tamaşa etmək imkanı əldə edəcəklər".

İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
336 325 320 275 315 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.