ice berg

ice berg Xəbərlər 19-06-2023, 07:00

Aİ Rusiyanın işğal olunmuş ərazilərdə "seçkilər" keçirmək planlarını pisləyib

Aİ Rusiyanın işğal olunmuş ərazilərdə "seçkilər" keçirmək planlarını pisləyib
Avropa İttifaqı Rusiyanın sentyabrda Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qondarma seçkilər keçirmək planlarını pisləyib.

"Loading.aZ" xəbər verir ki, bunu Avropa Komissiyasının xarici siyasət üzrə spikeri Piter Stano deyib.

Onun sözlərinə görə, Rusiyanın müvafiq addımı BMT Nizamnaməsini, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur və psevdoseçkilərin təşkilində iştirak edən bütün şəxslər öz qanunsuz əməllərinə görə məsuliyyət daşıyacaqlar:

"Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə israrlıdır. Rusiya beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın bütün ərazisindən bütün qoşunlarını və hərbi texnikasını dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmalıdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 308 316 326 314 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.