Ulya

Ulya Şeirlər 2-08-2017, 16:05

Olaram

Olaram
Olaram


Səni görsəm nə edərəm?
Gül əndamına baxaram!
Baxıb sonra nə edərəm?
Ah, baxıb bihuş olaram...

Qalxaram, səni qovaram,
Qovaram, səni yoraram,
Yoraram, səni tutaram,
Ah, tutub bihuş olaram...

Qalxaram, səni qucaram,
Qucaram, səni oxşaram,
Oxşaram, səni duyaram,
Ah, duyub bihuş olaram...

Qalxaram, yenə qucaram,
Xumar gözlərə baxaram,
Mərcan ləblərdən umaram,
Ah, umub bihuş olaram...

Atmazam, səni alaram,
Alaram, zəfər çalaram,
Məğlub halına baxaram,
Ah, baxıb bihuş olaram...



Redaktə etdi: MiracLe..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
644 687 580 564 586 633

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.