Ulya

Ulya Şeirlər 2-08-2017, 16:30

Özün ol həyanım

Özün ol həyanım
Özün ol həyanım



Yenə uzaqlardasan,
xəyalınsa yanımda...
Belə tənha anlarda,
özünsən həyanım da!...


İllərin ayrıcında,
Fikirlər də haçadır.
Dünya qocalan deyil,
Təkcə insan qocadır!

Bu günümü yaşayıb,
Düşünürəm ötəni
Qaytarmaq istəyərdim,
O ömrümdən gedəni!


Gələcəyin dumanlı
Aynasında nələr var?!
Mənasızmı bu həyat?
Cavabsızdır suallar!

Dəyişir tamam insan,
Başqalaşır adəti.
Bircə unutmaq olmur,
Yenə ilk məhəbbəti!..


Redakte etdi - Mira

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
536 573 577 618 571 566

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.