ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 21-06-2023, 07:58

ŞOK XƏBƏRDARLIQ! Dünya nüvə müharibəsinin bir addımlığında

ŞOK XƏBƏRDARLIQ! Dünya nüvə müharibəsinin bir addımlığında
ABŞ prezidenti Co Bayden Moskva rəhbərliyinin Belarusda yerləşdirdiyi nüvə silahlarından danışıb.

Loading.Az istinadən bildirir ki, Baydenin sözlərinə görə, Putinin taktiki nüvə silahlarından istifadə təhlükəsi artıq realdır.

ABŞ lideri rusiyalı həmkarının bu addımının "tamamilə məsuliyyətsiz" olduğunu vurğulayıb.

Qərb mətbuatında dərc edilən təhlillərdə Belarusda yerləşdirilən nüvə silahlarının Avropa üçün böyük təhlükə yaratdığı qeyd edilib.

Xatırladaq ki, ilk nüvə başlıqları bir neçə gün əvvəl Belarusa çatdırılıb.

Putin Rusiya ilə Belarus arasında imzalanan "Birlik dövləti" razılaşması çərçivəsində Belarusda nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı işlərin davam etdiyini bildirib:

"Bildiyiniz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko ilə müqavilə çərçivəsində Belarusa nüvə-taktiki silahlar göndərilməsi barədə məsləhətləşmələr aparırıq. İlk nüvə başlıqları Belarus ərazisinə çatdırıldı. Bu, ilk addım idi. Biz bu işi ilin sonuna qədər yekunlaşdıracağıq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
336 419 320 311 357 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.