Azer2

Azer2 İdman 21-06-2023, 15:00

ÇL-də 2-ci təsnifat mərhələsinin püşkü atıldı

ÇL-də 2-ci təsnifat mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında olub. Mərasimdə Çempionlar Yolunun 10 potensial cütlüyü, Liqa Yolunun isə 2 cütlüyü müəyyənləşib.
Turnirə 2-ci mərhələdən başlayacaq Türkiyə “Qalatasaray”ı “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" 1-ci təsnifatda "Linkoln"u keçəcəyi təqdirdə 2-ci mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibiilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

Çempionlar Yolu


“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütünün qalibi / “Qalatasaray” (Türkiyə)

“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi / “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütü

“Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütü / “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi

“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi / “Haken” (İsveç) - TNS (Uels) cütünün qalibi

HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) cütünün qalibi / “Molde” (Norveç)

“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibinin cütünün qalibi / “Kopenhagen” (Danimarka)

“Farul” (Rumıniya) - “Şerif” (Moldova) cütünün qalibi / “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi

“Aris” (Kipr) - “Partizani” (Albaniya) - BATE (Belarus) cütünün qalibi

“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi / “Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi

Liqa Yolu

“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)

“Servett” (İsveçrə) - “Genk” (Belçika)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
601 607 524 515 554 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.