n2006

n2006 Evlilik 24-06-2023, 07:00

Evlilik insanı kökəldir

Evlilik insanı kökəldir
Amerikalı alimlər evlilik ilə insanın çəkisi arasında əlaqə olduğunu sübut ediblər.

LoaDinG.Az xəbər verir ki, elm adamları xoşbəxt evliliyin və uzun müddətli münasibətin insanın kökəltdiyinə dair təcrübə aparıblar.

Aparılan araşdırmalara görə, uzunmüddətli münasibətlərdə cütlüklərin, xüsusilə də qadınların çəkisi ilk illərə nisbətən artır. Təcrübə 8 mindən artıq cütlük arasında həyata keçirilib. Nəticələr isə olduqca maraqlıdır. Belə ki, 5-6 il evli olan xanımlar 10 kq-dan yuxarı çəki alarkən, eyni evdə yaşayan, ancaq evli olmayan xanımlar 8 kq kökəlib. Eyni evdə yaşamayan, lakin sevgilisi olan xanımlar isə ən çox 5 kiloqram çəki alıblar.

Kişilərdə də durum eynidir. İki ildən artıq evli olan kişilər, evli olmayanlara nisbətən iki dəfə çox kilo alır. Bundan başqa evli kişilərin alkoqol və siqaret asılılığı daha azdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 531 460 470 436 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.