ice berg

ice berg Müxtəlif 22-06-2023, 12:30

Bilməli olduğunuz etiket qaydaları

Bilməli olduğunuz etiket qaydaları
Etiket — insanların məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıqlarda, müxtəlif növ rəsmi tədbirlərdə davranışını tənzimləyir.
Hər bir mədəni insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir.
Özünü cəmiyyətdə yaxşı aparmağı bacarmaq çox böyük əhəmiyyət kəsb edir.
Bu cür qabiliyyət sayəsində insan başqaları ilə asanlıqla əlaqə yarada bilir, qarşılıqlı anlaşmaya nail olur, yaxşı, sabit qarşılıqlı münasibətlər yarada bilir.

Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanım deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətirini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu.
Əgər gələn insan ona xoş gəlirdisə, "Ah, nə yaxşı, mən elə indicə gəlmişəm" söyləyirdi.
Əks halda isə "Nə pis oldu, mən getməyə hazırlaşırdım".

Çətir heç vaxt açıq vəziyyətdə qurumur. Nə ofisdə, nə də başqa bir yerdə. Onu yığmaq və xüsusi altlığa qoymaq və ya asmaq lazımdır.

Çantanı dizinizin və ya stulunuzun üstünə qoymaq olmaz. Balaca klatç-çantanı stolun üzərinə qoymaq, həcmli çantanı stulun belinə asmaq və ya xüsusi stul yoxdursa (belələrini adətən restoranlarda təqdim edirlər), döşəməyə qoymaq olar. Portfeli isə adətən döşəməyə qoyurlar.

Kişi heç vaxt qadın çantasını daşımamalıdır. Qadının paltosunu o, yalnız qarderoba aparmaq üçün götürməlidir.

Kişi liftə həmişə birinci daxil olur, ancaq qapıya ən yaxın kəs birinci çıxır.

12 yaşına çatmış hər bir insana "siz" deyə müraciət etmək lazımdır. İnsanların ofisiant və sürücülərə "sən" deyə müraciət etməsi heç də xoş hal deyil.
Hətta yaxşı tanış olduğunuz insanlara ofisdə "siz" deyə müraciət etmək lazımdır, "sən" isə ancaq təklikdə olanda müraciət edə bilərsiniz. İstisna — yaşıd və ya yaxın dost olduğunuz halda.

Kino, teatr, konsertə gələrkən öz yerinizə əyləşənlərə üzünüzü çevirərək getmək lazımdır. İlk olaraq kişi keçir.

Küçədə kişilər xanımların solunda getməlidir.

Əgər kiminləsə yol gedirsiniz və yanınızdakı adam sizin tanımadığınız bir kəslə salamlaşırsa, siz də salam verməlisiniz.

Qadının yanında kişi yalnız onun izni ilə siqaret çəkə bilər.

Kim olmasından asılı olmayaraq, otağa ilk daxil olan salamlaşmalıdır.

İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ətrafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
512 483 460 463 452 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.