n2006

n2006 İdman 22-06-2023, 17:32

Azərbaycan millisinin məşqçisi: “Atletlərimizin çıxışını yaxşı qiymətləndirirəm”

Azərbaycan millisinin məşqçisi: “Atletlərimizin çıxışını yaxşı qiymətləndirirəm”
“Komandanın çıxışını yaxşı qiymətləndirirəm”.

Bunu Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın atletika yığmasının məşqçisi Hakim İbrahimov deyib.

33 yaşlı mütəxəssis yarışın ilk üç günündə 3-cü Divizionda mübarizə apardıqlarını bildirib. O, Anna Skidanın hələ də medal şansını davam etdirdiyini xatırladıb: “Komandamızı 14 idmançı, 4 məşqçi və 1 həkim təmsil edirdi. Yarış günlərində 3 idmançımız mükafatçılar siyahısına daxil oldu. Çəkic atmada Anna Skidan, üç təkanla tullanma Yekaterina Sarıyeva 3-cü Divizionda birinci yeri tutublar, Aleksis Kopello üç təkanla tullanmada ikinci olub. Hazırda Skidanın medal qazanmaq şansı davam edir. Çünki 2-ci Diviziondan onu cəmi bir nəfər keçib. İndi 1-ci Divizionun nəticələrini gözləyirik. Əgər oradakı idmançıların nəticəsi daha yüksək olmasa, Skidan gümüş medal qazanacaq”.

Məşqçi digər atletlərdən də razı qaldığını vurğulayıb: “Digər idmançılarımız çıxış etdikləri növlərdə ya şəxsi göstəricilərini yaxşılaşdırıblar, ya da mövsümdə ən uğurlu nəticəyə imza atıblar”.

H.İbrahimov Krakova az heyətlə yollandıqlarını söyləyib: “Əgər bura geniş heyətlə gəlsəydik, komanda hesabında daha yüksək xallar toplayardıq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
375 349 364 357 419 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.