Ulya

Ulya Şeirlər 2-08-2017, 18:47

Dualarım

Dualarım
Dualarım


Boynumda haqq borcu var,
çəkə bilmirəm daha!...
Gümanım bircə Odur-
sığınıram Allaha!...

Gücüm yetmir çəkməyə,
dağ olub qəmim-dərdim...
Kömək olar Allahım,
mən Onsuz nə edərdim!...


Ağrı-acılarımı
yığdıqca ürəyimə...
O uca Rəbbim gəldi,
hər zaman köməyimə!...

Dualarım dilimdə,
imanım möhkəm-əmin!...
Allahım,bizi qoru,
amin,ilahi,amin!!!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
662 604 544 644 649 558

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.