Ulya

Ulya Şeirlər 2-08-2017, 18:50

Toxunsun

Toxunsun
Toxunsun


Yuxuma gəl,gecələr sükut da xiyabanda,
solğun Ay işığında sakitcə uyuyanda...

Duymayaq bu vüsalın-səadətin həddini,
xəyalın əllərimə toxunsun şüa kimi...


Biz keçək o həsrətin sonuncu sərhəddini...
sən toxun əllərimə zərif yay mehi kimi...

Oyandırma heç məni,ancaq dodaqlarımda
duyum dodaqlarını sərin yaz şehi kimi...


Ruhum dönsün nəğməyə,söz-şeir ola duyğum-
elə ağuşundaca həqiqət olsun yuxum...

Alsa da ağuşuna yenə qəm-kədər bizi...
Qanadlanıb uçaq hey,
elə göylərdə yenə yaşadaq eşqimizi...


Yuxu kimi olsa da,bu vüsal olsun bizim-
nə olar bu gecə də yuxuma gəl,əzizim!...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
630 730 604 573 677 552

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.