Ulya

Ulya Şeirlər 2-08-2017, 18:11

Tutub

Tutub
Tutub


Günəş həsrətindən od tutub yanır,
göylər al rəngdədir,əlvan təbiət...
Ancaq baxışları danışa bilmir,
haradan gəlibmiş bəs bu məhəbbət?...

Günəş solğun-solğun boylanır yenə,
arzusu qəlbində qalıbdı,bəlkə!..
Günəş özü qədər odlu olsa da,
dözümü varmı ki,bu dərdi çəkə!...


Günəş də həsrətmi sevgilisinə,
ayrımı-görüşə bilməyib indi!...
Günəşə çatanlar görər səadət,
gülünə qovuşan bülbül sevindi...

Bəs nə vaxt güləcək diləklərimiz,
bəs nə vaxt ürəklər birləşəcəkdir!...
Eşqinlə dünyaya bağlı bu şair,
nə vaxt sən-Günəşlə görüşəcəkdir!...

Dünyanın dərdini çəkirmi Günəş,
dərd çoxsa,yanğı da çoxalacaqdır...
İstiyə-Günəşə dözə bilməsək,
onda ürəyimiz sıxılacaqdır!...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 578 580 585 586 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.