Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Kosmetologiya 25-06-2023, 20:10

40 yaşınız varsa, üzünüzə bunları edin

40 yaşınız varsa, üzünüzə bunları edin
Sun.Az xəbər saytı
40 yaşdan sonra dərinin 35 yaşındakı kimi qalması üçün ona ən azı 38 yaşından başlayaraq, xüsusi qulluq etmək lazımdır. Amma yenə də gec deyil.
Bacardıqca gündən uzaq durun, günəş altında gəzərkən başınıza, üzünüzə kölgə salan şlyapa geyinin.
Qışda havaya çıxmazdan 20 dəqiqə əvvəl üzünüzə qoruyucu krem çəkin.
Kosmetik, qırış əleyhinə kremlər qırışları tam açmır, o, dərini süni şişirdir ki, bununla da qırışlar açılmış kimi görünür.
Üzünüzü sabunla yumayın, çünki sabun üzü qurudur və göz ətrafında qırışlar əmələ gətirir.
"Yatmağa vaxt yoxdur" deyənlər, "yatmaq ancaq cavanlıqda, indi nə yuxu" fikirləşənlər, bilin ki, yuxu 40 yaşından sonra qadının xilas yoludur, ömrünü və gözəlliyini artırır. Gecə 2-yə kimi ev işləri görməyi unudun. Gündəlik yuxu rejiminiz azı 8-9 saat olmalıdır. Çünki məhz yuxuda dəri hüceyrələri yenilənir.
Üzünüzü yuduğunuz suyu soda ilə yumşaldın.
Çiməndə üzünüzə duşdan qaynar su düşməsinə yol verməyin. İsti su məsamələri açır, əzələləri yumşaldır, boşaldır və bununla da qırışları artırır.
40 yaşından sonra üzü kisələmək və massaj etmək olmaz.
Əgər üz dəriniz solğun, ağarmış, məsamələr geniş, buxaq hissə sallaqdırsa, o zaman üzü yığan vasitə lazımdır:
1 çay qaşığı duzu yarım stəkan suda həll edin, pambığı bu suda isladıb, üzə döyəcləməklə yeridin. Üzünüzü və boynunuzu duzlu su ilə silin.
Üzü yumaq üçün bu məhlulu hazırlayın: Yarım stəkan suya 20 qr odekalon tökün, bir şüşədə saxlayın. Səhər -axşam üzünüzü bu su ilə yuyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 321 251 258 246 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.