Barselona ötən mövsüm üçün rekord mənfətini bəyan etdi
Barselonanın nümayəndəsi Jozep Vives 2016/17 mövsümünün sonu üçün maliyyə yekunları haqda məlumat verib.
Onun sözlərinə görə son mövsümdə klubun gəliri rekord həddə - 708 milyon avroya çatıb. Təmiz gəlir isə 18 milyon avro təşkil edib.
Eyni zamanda klubun kredit borcu da azalıb. Hazırda borc 247 milyon avro ötən illə müqayisədə 24,5 milyon az olaraq 247 milyon avro təşkil edib.Qeyd edək ki, futbolçuların məvacibi klubun qazancının 66%-ni təşkil edib.
Strateji plana əsasən 2021-ci ildə Barselona 1 milyard avro qazanmalıdır.
Xatırladım ki, ötən ay Forbes jurnalı Barselonanı dünyanı ən dəyərli klublar sırasında 4-cü yerə qoymuşdu.Jurnal katalon klubunu 3,64 milyard avro dəyərləndirmişdi. Ondan bahalı yalnız «Dallas Kovboys» (аmerika futbolu), «Nyu York Yankiz» (beysbol) və «Mançester Yunayted» (futbol) klubları var idi.

Redaktə etdi: MiracLe..