n2006

n2006 Dəri və saç 30-06-2023, 21:00

Yalnız saçı tökülənlər oxusun!

Yalnız saçı tökülənlər oxusun!
Sağlam saçlara qovuşmaq üçün əvvəlcə saçların tökülməsinin qarşısını almaq lazımdır. Çünki nazik, tez qırılıb tökülən saçlar heç vaxt sağlam və gözəl görünə bilməz. Əgər saçlarınızın tökülməsini istəmirsinizsə, aşağıdakı qidaları həftəlik menyunuza daxil edin:

İspanaq və toyuq

Həm ispanaq, həm də toyuq dəmir mənbələridir. Bu mineral saç köklərinin daha çox oksigenlə təmin edilməsinə səbəb olur. Oksigenlə təmin olunan saç daha tez və sağlam uzanır. Həmçinin, saç telləri güclənir.

İstiridyə

İstiridyələr ən yaxşı sink mənbəyi hesab edilir. Sink saçların sağlam və güclü olması üçün hüceyrələrin daha tez bölünüb çoxalmasını edən bir mineraldır. Saçlar çox vaxt sink çatışmazlığı səbəbindən tökülür.

Şirin kartof

Yüksək miqdarda beta-karoten ehtiva edən şirin kartof saçların daha güclü və parlaq olmasını təmin edir.

Yumurta

Yumurta bol miqdarda protein və amin turşusu ehtiva edir. Saçlar proteinin bir növü olan keratindən meydana gəlir. Ona görə də saçların uzanması, güclənməsi və tökülməməsi üçün proteinlə zəngin qidalanmaq çox vacibdir.

Qızıl balıq

Qızıl balıqda yüksək miqdarda omeqa-3 yağ turşuları var. Bu yağ turşuları saç dərisinin daha nəmli qalmasını təmin edir. Bu da saçların daha parlaq və sağlam olmasını təmin edir. Həmçinin, saçların tökülməsini dayandırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 502 431 447 378 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.