ice berg

ice berg İdman 29-06-2023, 08:20

Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri AÇIQLANDI

Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri AÇIQLANDI
UEFA Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri müəyyənləşib.

"Loading.aZ'ın məlumatına görə, UEFA İcraiyyə Komitəsinin iclasında turnirdə 2024-cü ilin həlledici görüşünün Afinaya (Yunanıstan), 2025-ci ildə isə finalın Vroslava (Polşa) həvalə olunması qərara alınıb.

Afinadakı "Aqya Sofiya" stadionu yeni olduğundan və beynəlxalq səviyyədə heç vaxt istifadə edilmədiyindən, UEFA orada baxış keçirəcək. Təsdiq üçün şərt olaraq müşahidə müddəti müəyyən edilib.

Bundan başqa, 2025-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalına Portuqaliyanın paytaxtı Lissabon, 19 yaşadək qızlar arasında Avropa çempionatına isə Polşa ev sahibliyi edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
441 379 427 375 462 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.