ice berg

ice berg İdman 2-07-2023, 08:00

"Real Madrid" və PSJ Mbappe ilə bağlı razılığa gəldilər

"Real Madrid" və PSJ Mbappe ilə bağlı razılığa gəldilər
PSJ-nin hücumçusu Kilian Mbappe gələn həftə "Real Madrid"in oyunçusu olacaq.

Bu barədə jurnalist Fransua Qallardo "Twitter" hesabında məlumat verib.

Məlumata görə, tərəflər 24 yaşlı fransalı futbolçunun transferi üçün müqavilənin bütün şərtlərini razılaşdırıblar. Transferin məbləği barədə məlumat verilmir.

Qeyd edək ki, Mbappe 2017-ci ilin yayında "Monako"dan icarə əsasında PSJ-yə keçib. Bir mövsüm sonra parislilər onun transferini 180 milyon avroya reallaşdırıblar. Bu transfer hələ də futbol tarixinin ən bahalı transferi reytinqində ikinci yerdədir. PSJ Neymarın "Barselona"dan transferinə isə 222 milyon avroya xərcləyib.
Mbappe ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 39 qol vurub və 26 məhsuldar ötürmə verib. Tərəflər arasında müqavilə 2024-cü ilin yayında başa çatır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 387 450 388 373 418

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.