_sabina_

_sabina_ Hekayələr 3-08-2017, 11:29

#mənim sevgimdə mikrob var...

#mənim sevgimdə mikrob var...
#mənim sevgimdə mikrob var...

Sevdiyim hər kəsi bir-bir incidirəm. Əlimi hamsı sevdiyimə atsam verdiyim sevgi ilə incidirəm. Sevgimdə iltihab var sanki. Sadəcə incitməyi bilirəm.
Səbəb olduğum çoxlu göz yaşı var. Səbəb olmadığım gülüşlər var. Sevdikcə qaçırdıram. Sevdikcə qaçıram.
Dəyər verirəm, dəyərsiz oluram. Dəyər alıram, dəyməz oluram. Sevməyəni sevib, sevənimi zibilə alıram.
İnsanlardan çox gecəni sevdim, bilirsizmi? Ay sevdim mən. Günəşə nifrət edib Ay sevdim.
Sevərsəm incidəcəm. Səni o qədər sevəcəm ki, ölüm səbəbin sevgim olacaq.
Sevdiyim hər kəsi incidirəm. Ailəmi, yoldaşlarımı, sevdiyimi…hər kəsi. İncitmək sanki sənətim. Mənim sevgimdə mikrob var.
İncindiyin yerlərdən dəfələrlə yara alacaqsan, “qırıldım” dediyinlə bitməyəcək paramparça olacaqsan, səni anlamasını gözləyəcəksən insanların, vecə alınmadığını gördükdə bir az daha böyüyüb.Zaman hər şeyin dərmanı dediklərində bir az daha zəhərlənəcəksən, çiynində boşluq, dizlərində dərman qalmayacaq …İndi balkona çıx və bir siqaret daha yandır. Acıdan-kədərdən gəbərsən də reallaşmayacaq xəyallarının şərəfinə …

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
594 613 635 633 620 638

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.