Rövşən Həsənli - Nə Mənası Var? (Səsləndirən:Fatimə Quluzadə)
Nə mənası var?
Gözlərim yol çəkir yolların üstə,
Həsrətin edibdir könlümü xəstə.
Öldürüb qəbrimə dəstəbə - dəstə,
Gülləri düzməyin nə mənası var?

Saxta gülüşlərlə gülən insana,
Bağlayıb gözünü onda nöqsana.
Doğruluq içində yolun azana,
Tab edib dözməyin nə mənası var?

Daha özgəsiylə gülə bilmərəm,
Dərdimi kimsəylə bölə bilmərəm.
Artıq o yerlərə gələ bilmərəm,
Gəlsəm də gəzməyin nə mənası var?

Dalıb xəyallara sənsiz azıram,
Nakam məhəbbətə qəbir qazıram.
Könlümün sözündən şeir yazıram,
Rövşəni üzməyin nə mənası var?
Müəllif:Rövşən Həsənli ✍
Səsləndirən: Fatimə Quluzadə
Gözlərim yol çəkir yolların üstə,
Həsrətin edibdir könlümü xəstə.
Öldürüb qəbrimə dəstəbə - dəstə,
Gülləri düzməyin nə mənası var?

Saxta gülüşlərlə gülən insana,
Bağlayıb gözünü onda nöqsana.
Doğruluq içində yolun azana,
Tab edib dözməyin nə mənası var?

Daha özgəsiylə gülə bilmərəm,
Dərdimi kimsəylə bölə bilmərəm.
Artıq o yerlərə gələ bilmərəm,
Gəlsəm də gəzməyin nə mənası var?

Dalıb xəyallara sənsiz azıram,
Nakam məhəbbətə qəbir qazıram.
Könlümün sözündən şeir yazıram,
Rövşəni üzməyin nə mənası var?
Müəllif:Rövşən Həsənli ✍
Səsləndirən: Fatimə Quluzadə
P.S. Müəllif hüquqları qorunur.Şeirin özünü yaxud hər hansısa bi misrasını və bəndini icazəsiz paylaşmaq Qadağandır!!







