ice berg

ice berg İdman 2-07-2023, 20:00

FIFA yeni ofsayd qaydası tətbiq etmək istəyir

FIFA yeni ofsayd qaydası tətbiq etmək istəyir
Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni ofsayd qaydası üzərində işləyir.

Loading.aZ xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" qəzeti məlumat yayıb.

Yeni qaydaya görə, ofsayd vəziyyəti yalnız hücum edən oyunçunun bütün bədəni müdafiəçidən daha çox rəqibin qapısına yaxın olduqda təyin olunacaq. Hücum edən oyunçunun bədəninin bir hissəsi müdafiəçi ilə eyni xətdə olarsa, ofsayd nəzərə alınmayacaq.

Dəyişikliyin yaxın vaxtlarda Hollandiya, İtaliya və İsveçin aşağı liqalarında sınaqdan keçirilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliklərin təşəbbüskarı FIFA-nın qlobal futbol departamentinin rəhbəri Arsen Vengerdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 376 355 314 310 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.