ice berg

ice berg Məsləhətlər 4-07-2023, 09:00

Doğru günəş kremini necə seçək?

Doğru günəş kremini necə seçək?
Yay aylarının gəlişi ilə günəşin zərərli təsirləri artmağa başlayır. Dərimizi ləkələrdən və qocalma əlamətlərindən qorumaq üçün səhər və axşam günəşdən qoruyucu kremdən istifadə etmək böyük əhəmiyyət kəsb edir.

Bəs, dərimizə uyğun günəş kremini necə seçə bilərik?

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, günəş kremi seçimində ən vacib məqamlardan biri də dəri tipinizə uyğun məhsul tapmaqdır. Həssas dərilər üçün mineral filtr qoruyucuları, yağlı və qarışıq dərilər üçün isə tutqunlaşdırıcı xüsusiyyətlərə malik gel məhsulları tövsiyə olunur.

Ləkəli dəriniz varsa, ləkə əleyhinə tərkibli rəngli günəş kremlərinə üstünlük verilə bilər. Təbii ki, etibarlı bir markadan günəş kremi almaq vacibdir, lakin günəş kreminin tətbiqinin tezliyi də böyük əhəmiyyət kəsb edir. Məhsulun qoruyucu xüsusiyyətlərini itirməməsi üçün günəşdən qoruyucu vasitələrin hər 2 saatdan bir yenilənməsi vacibdir. Günəş kremini təkcə çölə çıxanda deyil, evdə də istifadə etmək lazımdır. Günəş həssaslığı olan insanlar qidalanma vərdişlərinə diqqət yetirərək günəşin zərərli təsirlərini azalda bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 436 346 380 428 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.