Tənbəlliyin daşını atmağın yolları
Bir çox insan həyatının şəkildəki kimi olmasını istəyir.
Səhər tezdən durmağı, idmanla məşğul olmağı, hər hansı məqsədə çatmağı xəyal edirlər, lakin bunun üçün bir addım belə atmırlar.
Və bütün bunlardan sonra, demək olar ki, hər saniyə tənbəlliyin onu ələ keçirdiyini anlayırlar, lakin bunu necə aradan qaldıracaqlarını bilmirlər.
Anlamaq lazımdır ki, tənbəllik bizim təbii xüsusiyyətimiz deyil.
Bu, sadəcə olaraq, stress və gərginlikdən qaçmaq üçün qazandığımız məcmu vərdişdir.
İndi o, gündəlik həyatımızın bir parçasına çevrilib. Ancaq bu mənfi vərdişdən addım-addım xilas ola bilərik.
Bu yazıda tənbəlliyə qalib gəlməyinizə və həyatı dolğun yaşamağınıza kömək edəcək 9 yol göstərəcəyik.
1️ Tənbəlliyinizin köklərini araşdırın. Çox vaxt tənbəllik bəzi daxili münaqişələrdən qaynaqlanır.
2️ Pis vərdişlərdən imtina edin. Sağlam həyat tərzi enerjinizi və dözümünüzü artırır.
3️ Məqsədlərinizi müəyyənləşdirin. Nəyə nail olmaq istədiyinizi və buna niyə ehtiyacınız olduğunu bilin.
4️ Qarşınıza real məqsədlər qoyun. Məqsədinizə çatmağa başlamazdan əvvəl, onun əldə oluna biləcəyinə əmin olun.
5️ Böyük tapşırığı daha asan və idarə oluna bilən etmək üçün onu kiçik hissələrə bölün.
6️ Tapşırığın üzərində cəmi beş dəqiqə işləməyə çalışın, bundan sonra istəsəniz davam edə bilərsiniz.
7️ Uzun iş gördüyünüz zaman özünüzü mükafatlandırın. Şirniyyat yeyin, bir az hava alın və ya sevdiyiniz serialın bir bölümünü izləyin.
8️ Özünüzü 80 yaşında təsəvvür edin, mövcud vəziyyəti dəyişmək üçün nələr etdiyinizi və nəticədən razı olub-olmadığınızı düşünün.
9️ Tənbəl olmasaydınız həyatınızın ən yaxşı variantını gözünüzdə canlandırın.