n2006

n2006 Dəri və saç 7-07-2023, 11:06

Saç qurudanda bu səhvləri etməyin!

Saç qurudanda bu səhvləri etməyin!
Xanımlar fendən düzgün istifadə etmədikdə, həm saçlarına, həm də fenlərinə ciddi ziyan dəyir. Saçların düzgün fenləmə qaydasını təqdim edirik:
Saçı yalnız isti hava ilə qurutma
Saçınızı qurudarkən soyuq hava xüsusiyyətindən istifadə etmək saçlarınızı nəmli saxlayacaq. Bu zaman saçınıza daha asan forma verə bilərsiniz.
Feni saça yaxın tutmaq
Feni saçınıza çox yaxın tutarsanız, saçlarınız qırılacaq, baş dəriniz yana bilər. Saçınızla fen arasında 30 santimetr məsafə saxlamaq lazımdır.
Saçı hissələrə ayırmamaq
Çox vaxt saç hissələrə bölmədən, sadəcə irəli və geri hərəkət etdirərək qurudulur. Saçları 4-5 hissəyə bölməklə qurutma prosesini surətləndirə bilərsiniz.
Fendən çox istifadə etmək
Çox vaxt saçı qurutmaq üçün həftədə bir neçə dəfə fen işlədirsinizsə, o zaman saçları istidən qoruyan vaistələrdən istifadə etməyiniz məsləhət görülür.
Saçı qurudan kimi...
Saçınızı qurutduqdan sonra dərhal çölə çıxmayın. Çünki temperaturun qəfil dəyişməsi başınızın dərisinə zərər verə bilər.
Yüksək temperaturda qurutmaq
Bu ən çox edilən səhvlərdən biridir. Saçı bu şəkildə fenlənəndə saçınız çox quruyur və asanlıqla qırılır. Yüksək temperaturdan yalnız xüsusi hallarda istifadə etmək məsləhət görülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 523 375 435 418 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.