ice berg

ice berg İdman 10-07-2023, 07:00

“Yuventus” buna görə Konfrans Liqasında iştirakdan imtina edəcək

“Yuventus” buna görə Konfrans Liqasında iştirakdan imtina edəcək
Turinin “Yuventus” klubu maxinasiyalarını araşdıran Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə sövdələşməyə getməyə və 2023/24-cü illər mövsümündə Konfrans Liqasında iştirakdan imtina etməyə qərar verib.

Loading.aZ'ın xəbərinə görə, bu barədə “Sorriere Dello Sport” məlumat yayıb.

Qeyd edilib ki, UEFA-nın başqa cəzaları olmadığı halda "Yuventus" UEFA-nın klubu diskvalifikasiya etmək qərarına cavab olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət və ya apellyasiya şikayəti verməyəcək. “Yuventus” rəhbərliyi hesab edir ki, bu, komandanın 2024/25-ci illər mövsümündə Çempionlar Liqasında iştirakının təhlükə altında qalmamasına imkan verəcək.

Futbolçunun arvadı onu şantajda ittiham etdi: Nələr demədi
Xatırladaq ki, UEFA “Yuventus”-un mübahisəli maliyyə hesabı ilə bağlı araşdırmalara keçən ilin dekabrında başlayıb. Keçən mövsüm İtaliya A seriyasında “Yuventus” 7-ci yeri tutub. Maliyyə maxinasiyası ilə əlaqədar mövsüm ərzində komandanın 10 xalı silinib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 346 325 339 317 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.