ice berg

ice berg İdman 16-07-2023, 14:00

Messi "İnter Mayami"yə keçib.

Messi "İnter Mayami"yə keçib.
LoaDinG.aZ xəbər verir ki, ABŞ-ın "İnter Mayami" futbol klubu öz sosial şəbəkələrində argentinalı hücumçu Lionel Messinin klubuna keçdiyini təsdiqləyən video yayımlayıb.

“Bəli, uşaqlar. Mayamidə görüşənədək”, Messi videoda bildirib.

Messinin təqdimat mərasimi iyulun 16-da baş tutacaq.

Son iki ildə Messi PSJ-də çıxış edib.

Ümumilikdə Messi ötən mövsüm Fransa çempionatında 32 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə edib. Argentina millisinin tərkibində futbolçu dünya çempionu olub. Finalda argentinalılar fransızları məğlub edib.

Bundan əvvəl o, 18 il "Barselona"da olub, onunla 10 dəfə İspaniya çempionatının, 7 dəfə ölkə kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı yeddi dəfə “Qızıl top”u qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 401 394 333 321 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.