HASANLY

HASANLY İdman 17-07-2023, 12:16

“Turan Tovuz”un futbolçusu milli komandası ilə gümüş medal qazandı

“Turan Tovuz”un futbolçusu milli komandası ilə gümüş medal qazandı
Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Qızıl Kubokunun qalibi məlum olub.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, həlledici oyunda Meksika və Panama yığmaları üz-üzə gəliblər.

Görüş meksikalıların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.
Meksika tarixində 12-ci dəfə KONKAKAF Qızıl Kubokunun qalibi olub.

Qeyd edək ki, Panama millisində “Turan Tovuz”un müdafiəçisi Roderik Miller çıxış edir. Müdafiəçi bu görüşdə ehtiyatda qalsa da, gümüş medala sahib çıxıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 349 350 323 348 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.