n2006

n2006 Məsləhətlər 17-07-2023, 15:30

Evinizdən gözəl qoxu gəlməsi üçün edə biləcəyiniz metodlar

Evinizdən gözəl qoxu gəlməsi üçün edə biləcəyiniz metodlar
Evdəki rütubət, ağır yemək qoxuları evinizdən pis iy gəlməsinə səbəb ola bilər. Pis qoxuları qısa müddət ərzində aparacaq və eyni zamanda da evdə hazırlaya biləcəyiniz bir neçə yol var.

Vanil
Təbii vanil sadəcə şirniyyatlarda deyil, eyni zamanda da evinizdən şirin qoxu yayılmasına səbəb olacaq. Vanili bir süngərə batırın və ilıq suyun içinə qoyun.

Alma dilimləri və darçın çubuqları
Esans yağlar istifadə etmək istəmirsinizsə, mətbəxəinizdən və salonunuzdan gözəl iy gəlməsi üçün başqa bir alternativimiz var. Su doldurduğunuz tavaya alma və darçın çubuqlarını atıb qaynadın. Yanmaması üçün kontrol etməlisiniz.

Yulaf
Evinizdən pis qoxu gəldiyini düşünürsünüzsə, ilk kontrol etməli olduğunuz yer soyuducudur. Bunun üçün bir kasaya yulaf töküb soyuducuya qoyun. O, pis qoxuları özünə əməcək, eyni zamanda da təbii olduğu üçün güvənlidir.

Yumuşaldıcı
Yumuşaldıcını sadəcə paltarlarda deyil, evinizdə də istifadə edə bilərsiniz. Bunun üçün bir ölçüm yumuşaldıcını alın və qaynar suya tökün. Su ilə birlikdə qoxu da buxarlaşacaq və evinizə yayılacaq.

Uçucu yağlar
Sübut olunmuş digər metod da, esans yağlardır. İstədiyiniz uçucu yağı su ilə birlikdə qaynada bilərsiniz.

Soyuq lampa və ətir
Evinizdəki soyuq lampalara ətir sıxaraq, onlar isindiyi zaman evi aromalandırmağını təmin edə bilərsiniz.

Limon
Limon möhtəşəm qoxu aparan və evi təmizləməyə kömək edən bir vasitədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 461 361 418 366 403

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.