Ulya

Ulya Şeirlər 3-08-2017, 19:58

Sev getsin

Sev getsin
Sev getsin


Bu dünya ki fanidən
Fanidi, boşla getsin...
Eylə yır-yığışını,
Köçməyə başla getsin...

Yüyrək olan dilə bax,
Günə, aya, ilə bax.
Gəlir dabanbasaraq,
Bir az yavaşla, getsin...





Bu nə səhvdi, xətadı,
Bu nə şər-şabatadı...
Gələn qandı-qadadı,
Qov getsin, daşla getsin...

Olsun iman, din eşqin,
Dön, başına dön eşqin.
Bu da ölüm-son eşqin,
Sev getsin, xoşla getsin...


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
728 633 599 575 629 639

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.