Təbii və gözəl görünmək üçün makiyajın düzgün istifadə qaydalarını bilməlisiniz!
Hər bir qadının sifəti onun vizit kartıdır.
Makiyaj isə qadının moda və özü barədə təsəvvürlərini əks etdirir. Qadının əhvalına və daxili aləminə uyğun olan makiyaj isə onu daha cazibədar edir.
Əksinə, düzgün seçilməmiş kosmetik vasitələr qadının təbii gözəlliyini də məhv edir, onun çatışmazlıqlarını daha da qabardır, gözəl sifət cizgilərinə kölgə salır. Hər bir qadın üçün son dərəcə vacib olan bu məsələdəki məsləhətlərimizi diqqətlə oxusanız, bahalı makiyaj ustalarına ehtiyacınız olmayacaq.
Əvvəla, makiyaj edilərkən müəyyən ardıcıllığa riayət olunmalıdır. Belə olduqda sifətin bir hissəsini bəzəyərkən digərlərinə mane olmayacaqsınız. Bəzənərkən üzünüzün cizgiləri açıq görünsün deyə mütləq işıq güzgüyə deyil, üzünüzə düşməlidir.
Beləliklə, makiyaja başlamazdan öncə dərinizi təmizləyici losyonla silin. Üzünüzə və boğazınıza gündüz kremi sürtün. Digər vacib addım dəridəki çatışmazlıqları, ləkələri, xalları və çilləri, çapıqları xüsusi kremin köməyilə gizlətməkdən, qırışları ağardıcı qələmlə rəngləməkdən ibarətdir.
Daha sonra sifətinizə tonverici krem sürtün, qaşlara forma verin və gözlərinizi bəzəyin. Üzünüzə pudra vurduqdan sonra yanaqlara ənlik sürtün. Eyni fırçayla ənliyi yüngülcə alnınıza, çənənizə və burnunuza çəkin. Beləliklə, siz sifətinizin təbii görünməsinə nail olacaqsınız. Sonda dodaqlarınızı boyayın.
Kosmetika vurmağa hazırlaşarkən xatırlamalısınız ki, əsl ustalığınızı və enerjinizi məhz dərinin ilkin işlənməsinə sərf etməlisiniz. Çünki sonrakı kosmetika nə qədər ustalıqla vurulsa da, əgər alt hissə - dərinin özü yaxşı "emal" olunmayıbsa, hamar baza hazırlanmayıbsa, bütün makiyajınız uğursuz alınacaq.
Tonal kremi üzə səliqə ilə, sanki dərinizi masaj edirmiş kimi sürtməlisiniz. Çalışın kremi elə yayasınız ki, saçların dibində, çənədə sərhədləri bilinməsin. Əgər dərinizdə problemli yerlər, yəni ləkələr və yaxud gizlətmək istədiyiniz izlər varsa, həmin yerlərdə tonverici kremi yaymayın, sadəcə, barmağınızın ucu ilə ləkənin üstünə hopdurun.
Mağazalarda məşhur firmalara məxsus bəzi kremlər satılır ki, onlar vizual olaraq dərinin bütün qeyri-bərabərliyini tarazlaşdırır, bəzən isə hətta xırda qırışları dolduraraq onları ləğv edir. Pudralamaq üçünsə ən uğurlu variant bərk yox, toz şəklində olanlardır. Toz pudra üzə daha həfif "oturur", yığılıb qalmır və süni effekt yaratmır. Toz pudraların da arasında üzün qüsurlarını vizual olaraq gizlədə bilənləri çoxdur.
Ümumiyyətlə, tonal krem və pudranı seçərkən, heç vaxt pulunuza qənaət etməyin. Çünki məhz bu iki kosmetik vasitə üzün gözəl görünməsinin əsas təminatçılarıdır. Bundan başqa, satışda tanınmış firmalara məxsus parıltılı, sanki perlamutrlu pudralar var. Belə pudralar da natarazlıqları vizual aradan qaldıraraq üzdə möcüzələr yaradır.
Gözlərinizə makiyaj çəkərkən bir neçə tonda kölgədən istifadə etməlisiniz. Ən tünd kölgə gözün yaxın ətrafına, ən açıq və parlaq kölgə isə qaşın altına sürtülməlidir.
Müasir makiyajda üzün hər bir detalına xüsusi diqqət yetirilməlidir. Lakin krem və pudranın vasitəsi ilə siz süni, cansız görkəm də ala bilərsiniz. Əgər üzünüzdə məsamələr hiss olunursa, onları kremlə doldurub görünməz etməyə, üzünüzə yalançı görkəm verib təbii sifətinizi gizlətməyə çalışmayın.
Bəzən qadınlar çalışırlar ki, üzdəki makiyaj hiss olunmasın. Kosmetoloqlar buna "təmiz sifət" makiyajı deyirlər. Bu halda da üzünüz yuxarıda sadaladığımız bütün makiyaj mərhələlərini keçməlidir. Sadəcə, mümkün qədər gözə çarpmayan, sakit, sönük boyalardan istifadə olunmalıdır. Makiyajınız sanki işiniz yarımçıq qalıbmış kimi təsir bağışlaya da bilər.
Klassik ənənəyə görə, istedadlı makiyajda üzün hər hansı bir detalı xüsusilə nəzərə çarpdırılır. Adətən bu, ya gözlər, ya da ki, dodaqlar olur. Əgər dodaqlarınıza diqqəti çəkən parlaq və yaxud tünd boya vurursunuzsa, bu halda gözləri mümkün qədər az bəzəyin. Və əksinə - parlaq bəzənmiş gözlər dodaqların az-çox neytral olmasını tələb edir. Dodaqların və gözlərin eyni zamanda həddən artıq bəzənməsi sifətinizə gəlincik effekti verə bilər.