ice berg

ice berg Məsləhətlər 19-07-2023, 08:00

Bu insanlar ev heyvanı ilə yaşamamalıdır - SƏBƏB

Bu insanlar ev heyvanı ilə yaşamamalıdır - SƏBƏB
Amerikalı alimlər psixi pozğunluğu olan insanlar üçün ev heyvanı ilə yaşamağın faydalarını inkar ediblər.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, ev heyvanları ilə yaşamaq psixi sağlamlığı yaxşılaşdıra bilər.

Lakin 170 iştirakçı arasında aparılan yeni sorğu bunun belə olmadığını göstərib. 81 nəfər ən azı bir heyvanla yaşadığını bildirib. Onların 95 faizindən çoxu heyvanlarının onlara sevgi hiss etdirdiyini, sabitlik hissini inkişaf etdirdiyini və yoldaşlıq təmin etdiyini söyləyib. Eyni zamanda, ev heyvanı olmayan ciddi ruhi xəstəliyi olan insanlarla müqayisədə psixi sağlamlıqda statistik əhəmiyyətli irəliləyiş olmayıb. Xüsusən də xəstələr özlərini yaxşı hiss etməyiblər.

Depressiya, narahatlıq əlamətləri azalmayıb, tənhalıq hissi zəifləməyib. Araşdırmalara görə, heyvanla bağlı əlavə məsuliyyət ciddi ruhi xəstəliklərlə yaşayan insanların üzləşdiyi digər potensial stressorları gücləndirə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 378 376 368 376 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.