Sənin içindəki kimdir...?
. İnsanın üstü nədirsə içində də o oturub.
Qızıl sevənin içində zərgər var, kitab sevənin içində alim. Birinin dili əməlindən əyridirsə deməli içində yalançı oturub, başqası xəyanətə meyl edirsə onun içində xain var. Kimisinin əli "bəyənmək" üçün nəyə uzanırsa onun içindəki də odur. Heç kim içindən başqa cür davrana bilmir. Bir müddət necəsə olmağa çalışan hər kəs sonunda içindəkidir. Ola bilər ki zaman insanı içindəkinin istəklərinə görə peşman eləsin. Sonra gecdir bəzən, keçmiş bitib, gələcək isə müəmma. Amma içindəkini tanısan, gələcəyini belə təxmin edə bilərsən. Əsas odur biləsən ki, Sənin içindəki kimdir...?