ÇL-da qrup mərhələsinin püşkü zamanı səbətlər. Beşiktaşa sevindirici xəbər

Çempionlar liqasında dünən keçirilən oyunlardan sonra qrup mərhələsinin püşkü zamanı səbətlərdə dəyişikliklər baş verib. Ən sevindirici xəbər Türkiyənin Beşiktaş klubuna gəlib.
Belə ki, İstanbul təmsilçisinin 3-cü səbətə düşməsi üçün Ajax, Dinamo Kiyev və Olympiakosdan ikisinin mübarizəni dayandırması lazım idi. Nəticədə Dinamo Kiyev Young Boys , Ajax isə Nice səddini keçə bilməyərək Beşiktaşa böyük bir müjdə verib. Beləliklə ağ-qaralar 4-cü səbətdən 3-cüyə yüksəliblər.
Aşağıdakı cədvəldə hazırki vəziyyətə görə səbətlərin tərkibi göstərilib. Tottenhem hələlik 3-cüdə olsa da , 2-ciyə də keçə bilər.Bunun üçün Sevilya və Napolinin playoff mərhələsində məğlub olması lazımdır. Bu iki komandadan biri qrupa düşərsə Tottenhem 3-cü səbətdə yer alacaq. Bənzər aqibət Feyenoordda da var. Hollandiya təmsilçisinin 3-cü səbətə yüksəlməsi üçün reytinqi yuxarı olan bir neçə komandanın qrupa düşməməsi lazımdır. Əlavə edək ki, Qarabağ çempionlar liqasının qrup mərhələsinə düşəcəyi halda 4-cü səbətdə qərarlaşacaq. Hazırda Ağdam komandasının reytinqi 18,050-yə bərabərdir.

Redaktə etdi: MiracLe..