ice berg

ice berg İdman 27-07-2023, 21:00

Qadınlar və kişilər arasında dünya çempionatlarında REKORD

Qadınlar və kişilər arasında dünya çempionatlarında REKORD
ABŞ-ın qadın futbol komandası ardıcıl məğlubiyyətsiz oyunların sayına görə dünya çempionatı rekordunu müəyyənləşdirib.

Loading.aZ'ın xarici mediaya istinadən məlumatına görə, iyulun 27-nə keçən gecə amerikalılar Avstraliyada keçirilən dünya çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində Hollandiya ilə heç-heçə oynayıblar (1:1). Bu, ABŞ yığmasının mundialda uduzmadığı ardıcıl 19-cu görüş olub.

Kişilər arasında futbol üzrə dünya çempionatında ardıcıl 19 oyunu heç bir ölkə millisi məğlubiyyətsiz keçirə bilməyib. ABŞ-ın qadınlardan ibarət komandası titulun sahibidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 369 385 320 294 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.