HASANLY

HASANLY Xəbərlər 29-07-2023, 11:24

Bakıda olmayan dairə başına “təvaf” edən maşınlar və silinmiş nişanlanma xətləri

Bakıda olmayan dairə başına “təvaf” edən maşınlar və silinmiş nişanlanma xətləri
Nərimanovda asfaltdan silinən nişanlanma gülməli görüntü yaradıb.

Bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, söhbət Nərimanov rayonu ərazisindəki küçələrdən birində dairəvi yolayrıcı nəzərdə tutulan yerdə sarı tor və digər nişanlanma xətlərinin silinməsindən gedir.

Ortada bir dairə çəkilib və bu dairə nəqliyyatın hərəkətini “tənzimləyir”.

Məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb. AYNA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən Ağa Nemətulla küçəsindəki yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub:
“Eləcə də müvafiq nişanlanma xətləri çəkilib. Görüntüdə əks olunan dairə cizgisi isə tərəfimizdən təşkil edilməyib”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 358 361 368 312 304

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.