ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 29-07-2023, 20:10

Maribor-2023: Bayraqdarlarımız müəyyənləşdi

Maribor-2023: Bayraqdarlarımız müəyyənləşdi
Bu gün Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulacaq. Yarışların son günündə 6 idman növü üzrə qaliblərin adlarına aydınlıq gələcək.

Sun.AZ bildirir ki, atletika, gimnastika, həndbol, tennis, voleybol və cüdo üzrə komanda yarışlarından sonra Maribor-2023-ün bağlanış mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasim Maribor şəhər meydanında təşkil olunacaq. Mərasimdə Azərbaycan komandasının bayraqdarları da müəyyənləşib. Bu vəzifəni EYOF-2023-ün cüdo yarışlarının qalibi Vüsalə Hacıyeva (-48 kq) və üzgüçümüz Səid Həmidov yerinə yetirəcək.

Qeyd edək ki, XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparır. Azərbaycan Maribor-2023-də 7 idman növü üzrə 36 idmançı ilə təmsil olunur.

Hazırda komandamızın aktivində 3 qızıl, 2 gümüş və 4 bürünc medal var. Komandamızın heyətində cüdoçular Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal qazanıb.

Aktivində 9 medal olan Azərbaycan komandası hazırda medal sıralamasında 13-cü pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
437 358 382 302 378 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.