ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 3-08-2023, 11:35

Azərbaycanın yunan-Roma güləşi yığması dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşi yığması dünya ikincisi olub
Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Take.Az bildirir ki, mundialda 5 medal qazanan Azərbaycan millisi 108 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığma medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
346 360 395 350 345 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.