ice berg

ice berg Mətbəx 6-08-2023, 14:00

Tavada Parmesanlı Toyuq

Tavada Parmesanlı Toyuq

İnqrediyentlər
toyuq filesi-4 ədəd
yumurta-2 ədəd
parmesan pendiri-3 x.q.
çörək qırıntısı (suxarik)-2 st
Kərə yağı-100 qr

Hazırlanma mərhələsi
Toyuq filesini streç paketin arasında döyüb nazikləşdirmək lazımdır. Təxminən 5 mm qalınlığında olmalıdır.
Sousu hazırlamaq üçün bir qazanın içərisində yumurta qaynadılır. Qabıqları soyulur.
Mətbəx robotundan qaynadılmış yumurta, pendir, xardal, kapri qatı sous halına gələnə qədər keçirilir. Sous qatılaşana yaxın az-az zeytun yağı əlavə olunur. Sous hazırdır.
Geniş boşqabda yumurta çırpılır. Başqa boşqaba isə çörək qırıntıları ilə pendir əlavə olunur, qarışdırılır.
Yağ tavaya əlavə olunur və əridilir.
Toyuq fileləri əvvəlcə yumurtaya, sonra isə parmesan çörək qarışımına batırılaraq tavada hər iki üzü qızılı rəng alana qədər bişirilir.
İsti halda boşqaba qoyulur, üzərinə salsa verde sousu əlavə olunaraq servis edilir.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 504 397 524 525 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.