ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 6-08-2023, 13:30

Şahmat üzrə Dünya Kuboku: üçüncü turun birinci partiyaları oynanılıb

Şahmat üzrə Dünya Kuboku: üçüncü turun birinci partiyaları oynanılıb
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü turun birinci partiyaları oynanılıb.

Take.Az bildirir ki, üçüncü turda altı Azərbaycan şahmatçısı iştirak edir. Teymur Rəcəbov, Rauf Məmmədov, Nicat Abasov, Abdulla Qədimbəyli və Ülviyyə Fətəliyeva bu gün ilk oyunda heç-heçə edib, Qədir Hüseynov isə məğlub olub.

İkinci partiya avqustun 6-da keçiriləcək.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
405 376 326 350 358 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.