ice berg

ice berg Sevgi 10-08-2023, 21:00

Sənin həsrətinlə axmırsa gözyaşım nə gərək var?

Sənin həsrətinlə axmırsa gözyaşım nə gərək var?
Yağış yağırdı, amma ümidlərim çətir olmuşdu sanki, islandığımı hiss etmirdim. Bir başqası qəlbimi qıracaq bir söz deyirdi, amma incimirdim. Orda sən də var idin axı, necə qəlbimi qırmaqlarına icazə verərdim? Bir nöqtəyə baxıb dayanmırdım.. Gözlərim ancaq gözlərinə baxanda tutulub qalım istəyirdim. Heç bir səbəbə ağlamırdım.. Sənin həsrətinlə axmırsa gözyaşım nə gərək var? Başqalarının yanında çox gülmürdüm.. Çünki, sənin kimi gülüşümü izləyən başqa biri yox idi, qəlbdən gülüşümü görməyə layiq bir sən idin..
Fəqət, bunların böyük bir yalan olduğunu, bir gün yağışın altında bir nöqtəyə baxıb dayanarkən gözümdən axan gözyaşımın xəfifcə gülümsəyən dodaqlarıma çatan zaman qırılan qəlbimin ağrılarının məni necə incitdiyində anladım.. Bu son gözyaşım olsun, bu son..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
667 624 541 602 583 561

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.