ice berg

ice berg Şeirlər 13-08-2023, 23:00

Sən elə bir vaxtda rast gəldin mənə..

Sən elə bir vaxtda rast gəldin mənə..
Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam,bulanmış suyam.
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm,çalınmış toyam.

Nə gücüm çatdı ki,səndən yapışım,
Nə gücüm çatdı ki,səndən qaçam mən.
Nə odum oldu ki,yanam alışam,
Nə sehrim oldu ki,cavanlaşam mən.

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı,xəzəl çağıydı.
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı.

#CabirNovruz

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 507 538 500 458 558

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.