ice berg

ice berg Məşhurlar 14-08-2023, 08:00

Bred Pitt və Ancelina Coli rəsmən boşandılar

Bred Pitt və Ancelina Coli rəsmən boşandılar
Hollivud ulduzları Bred Pitt və Ancelina Coli 7 illik məhkəmə prosesindən sonra boşanmalarını yekunlaşdırıblar.

"Loadin.az" xarici KİV-ə istinadən xəbər verir ki, cütlük arasında ən son fikir ayrılığı evli olarkən əldə etdikləri fransız şərab zavodu "Chateau Miraval"la bağlı olub.

Pitt şərab zavoduna tam nəzarət etmək üçün 250 milyon dollar ödəyəcək.

Qeyd edək ki, 2014-cü ildən evli olan 59 yaşlı Bred Pitt və 48 yaşlı Ancelina Coli 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar.

Cütlüyün 21 yaşlı Maddoks, 19 yaşlı Paks, 18 yaşlı Zahara, 17 yaşlı Şilo və 15 yaşlı əkizlər Noks və Vivyen adlı uşaqları var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
375 381 395 378 413 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.