reklam
Hansı hamilələr risk qrupuna aiddir? Hansı hamilələr risk qrupuna aiddir? https://sun.az/uploads/posts/2023-08/thumbs/1692077190_64d9d501893d864d9d501893d9169199744164d9d501893d664d9d501893d7.jpg
ice berg

ice berg Hamiləlik 16-08-2023, 17:00

Hansı hamilələr risk qrupuna aiddir?

Hansı hamilələr risk qrupuna aiddir?
Hamiləlik qadınlar üçün təbii fizioloji bir haldır. Lakin hamiləliyin gedişatında ana və dölün sağlamlığına təhlükə yarada biləcək bəzi ağırlaşmalar baş verə bilər. Bunlara əsasən hamiləlik zamanı qanaxmalar, hamiləlikdə hipertenziv vəziyyətlər, erkən doğuluş, ekstragenital patologiyalar - ürək-damar sistemi xəstəlikləri, böyrək, qaraciyər, endokrin sistemi xəstəlikləri aid edilir.

Maraqlıdır, bəs risk qruplarına hansı hamilələr aiddir?

Loading.aZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova danışıb.

Onun sözlərinə görə, bu sahədə dünyada çox sayda elmi araşdırmalar aparılmasına və bunun davam edilməsinə baxmayaraq, hamiləlikdə hipertenziv vəziyyətlərin yaranma səbəbini izah edən yekun bir nəzəriyyə mövcud deyil:

"Lakin bir sıra risk faktorları var ki, bunların vaxtında aşkarlanması və lazımi profilaktik tədbirlərin aparılması sözügedən ağırlaşmaların qarşısını almağa kömək edir. Bu risk faktorlarına anamnezində preeklampsiya olan qadınlar, 18 yaşdan aşağı və 35 yaşdan yuxarı olan hamilə xanımlar, piylənmədən əziyyət çəkənlər, yaxın qohumlarında preeklampsiya olanlar, çoxdöllü hamiləlik keçirənlər, bəzi ekstragenital xəstəlikləri olanlar (ürək-damar sistemi xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, şəkərli diabet) aiddir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 147 126 180 101 149

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.