ice berg

ice berg Xəbərlər 16-08-2023, 19:00

"Volt Azərbaycan" SÜKUTU POZDU: "Fəaliyyətimizi davam etdiririk"

"Volt Azərbaycan" SÜKUTU POZDU: "Fəaliyyətimizi davam etdiririk"
"VOLT AZƏRBAYCAN" MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına rəsmi cavab verib

"Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, "Wolt" şirkəti öz fəaliyyətini davam etdirir.

"VOLT AZƏRBAYCAN"dan bildirilir ki, şirkətin tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər:

"AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənmişdir.

AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçmişdir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 301 356 329 353 338

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.