Mənə hər gün Xəzərin sahili səndən danışır
- Mənə hər gün Xəzərin sahili səndən danışır,
Öyrənib dalğalar insan dili səndən danışır..
Ömrümün gündəliyin hər gecə təkrarlayıram,
Sanki hər söz bir ürək nisgili səndən danışır..
Çevrilib kabusa hicran dil açır qarşımda,
Məsum istəklərimin qatili səndən danışır..
Görür artıq yanağımdan süzülür yaz yağışı,
Külək insafə gəlir, təcili səndən danışır..
Sözü ağzımdan, əzizim, hara göndərsəm də
Sən olursan yenə son mənzili səndən danışır..
Sanki hər sevgiyə aid yazılan musiqinin,
Bəm olan yerləri məndən, zili səndən danışır..
Sən olan yerdə bu Pünhanı ölüm qorxutmaz,
Bir də gördün tutub əzraili səndən danışır..
- Pünhan Alatava..