Saçları zamansız ağaran qadın
- Həsrətin vurduğu qorxunc yaraymış,
Caynağın saldığı parça paraymış,
Dünyaya gələndən bəxtin qaraymış,
Saçları zamansız ağaran qadın
Mən özüm ölsəm də sevgim ölmədi,
Doldum bulud kimi üzüm gülmədi,
Xəyanət yükünü çəkə bilmədi,
Dağları çiynində aparan qadın.
Ömrümün zinəti, ruhun bəzəyi,
Qədrini bilmədim, cənnət mələyi,
Gah ilıq nəfəsli, bahar küləyi,
Gah dəli tufanlar qoparan qadın..
- Vüqar Biləcəri
Caynağın saldığı parça paraymış,
Dünyaya gələndən bəxtin qaraymış,
Saçları zamansız ağaran qadın
Mən özüm ölsəm də sevgim ölmədi,
Doldum bulud kimi üzüm gülmədi,
Xəyanət yükünü çəkə bilmədi,
Dağları çiynində aparan qadın.
Ömrümün zinəti, ruhun bəzəyi,
Qədrini bilmədim, cənnət mələyi,
Gah ilıq nəfəsli, bahar küləyi,
Gah dəli tufanlar qoparan qadın..
- Vüqar Biləcəri







